BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Rusiya hərbçiləri gün ərzində Ukrayna ordusunun 128 hərbi obyektini sıradan çıxarıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general- mayor İqor Konaşenkov brifinqdə bildirib.

 

İ.Konaşenkov qeyd edib ki iki Su-25, bir MiQ-29 təyyarəsi, yeddi silah anbarı, dörd pilotsuz uçuş aparatı vurulub.

 

Ümumilikdə, hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 111 təyyarə, 68 helikopter, 160 pilotsuz uçuş aparatı, 159 zenit-raket kompleksi, 1353 tank və digər döyüş zirehli texnikası, 129 reaktiv yaylım atəşi sistemi, 493 səhra artilleriya qurğusu və minaatan vurulub.

 

Leyla

Tarix: 16 Mart 2022, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin