“Putinin başlatdığı qanlı müharibədən qalib çıxmamağının bircə səbəbi var. O da Ukrayna Xalqının və rəhbərliyində olan şəxslərin dirənişidir. Bunu anlamaq üçün baş verən hadisələrə sistemli yanaşmaq və müharibənin ilk günlərindən ABŞ və Avropanın hərəkətlərini diqqətlə təhlil etmək lazımdır. Müharibənin ilk günlərindən ABŞ və Avropa Putinin işğalına sərt münasibət göstərib lazım olan tədbirləri görmək əvəzinə onunla danışmağa, hansısa razılığa gəlməyə girişdilər. Tək Fransa Prezidenti Makronun Putinlə danışıqlarının, görüşlərinin sayını mən artıq itirmişəm. Elə müharibədən əvvəl də hamısının elan etməsi ki, Rusiya Ukraynanı 48-72 saata işğal edəcək, faktiki olaraq Ukrayna Xalqının əzmini qırmaq, Rusiyaya isə güc vermək demək idi. Müharibə başlayan kimi Avropa ölkələrinin gün ərzində bir neçə dəfə Putinə zəng etmələri onsuz da özünü fövqəlşəxs hesab edən Putinin ambisiyalarını daha da şişirdirdi. Eyni zamanda hər gün Zelenski ilə aparılan danışıqlar da Ukrayna Xalqına və rəhbərlərinə Putinin diqtəsini qəbul etdirməyə yönəlmişdi. Bu hərəkətlər ABŞ və Avropanın qorxaqlığından, rəhbərlərinin cəsarətsizliyindən və öz iqtisadi maraqlarını güdməsindən irəli gəlirdi. Bu gün də gördüyüm odur ki, bu ölkələr Ukrayna xalqının qanı hesabına Rusiyanı zəiflətmək və Putinin mahiyyətini bütün dünyaya göstərmək üçün müharibənin tez yekunlaşmasında maraqlı deyillər. Əgər elə olmasa müharibənin başlayacağını dəqiq bildikləri halda əvvəlcədən Ukraynanı silah-sursatla təmin etməli olanlar, ancaq müharibə başlayandan bir neçə gün sonra, o da Zelenski və digər vəzifəli şəxslərin açıq şəkildə dünyadan silah-sursat istəmələri nəticəsində dünyada baş qaldıran ictimai qınaqdan sonra hərəkətə keçməzdilər”.
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
A.İsmayılovun sözlərinə görə, Ukrayna rəhbərləri hələ müharibə başlamazdan əvvəl və müharibənin ilk günlərindən silah-sursatlara ehtiyacları olduğunu diplomatik xətlərlə həmin ölkələrə bildiriblər: “Bu ehtiyacın artıq məcburən açıq şəkildə bildirilməsi isə Rusiyanı şirnikləndirən, Ukrayna Xalqının mübarizə ruhuna pis təsir edən hal idi. Eyni halı Ukraynanın hava məkanın bağlanması məsələsində də gördük. Bundan başqa müharibənin təxminən 10-cu günündə NATO dövlətləri Ukraynaya qırıcı təyyarələrin veriləcəyini elan etdilər və bunu da açıq müzakirəyə çıxartdılar, ABŞ-la Polşa arasında gedən biabırçı alveri də detallarına qədər mətbuatda işıqlandırdılar. Bir neçə gün davam edən müzakirədən, biabırçılıqdan sonra isə verdikləri vəddən imtina etdilər. Bunun özü də bir daha Rusiyanı gücləndirmək, Ukrayna Xalqının isə əzmini qırmaq idi. Xüsusi diqqətə layiq hal isə Putinin nüvə silahı ilə şantajına münasibətdir. Normalda ən azından NATO ölkələri bu məsələni görməməzliyə qoymalı idilər. Əvəzində isə tam anormaq hal baş verdi. ABŞ rəsmiləri kəşfiyyat orqanlarının nüvə silahı ilə bağlı məlumatlarını bütün dünyaya açıq şəkildə elan etdilər. Bu addımla Putinin dünya mətbuatında ildırım surətilə yayılan Müdafiə naziri Şoyqu və Baş Qərargah rəisi Gerasimova nüvə müharibəsinə hazırlıq tapşırığını verməsi səhnəsinin effekti eyni idi. Hər ikisi Ukrayna və Dünyanı qorxutmağa yönəlmişdi. İndi isə ən vacib məqamı diqqətinizə çatdırım. Müharibənin ilk günlərindən başlamış son iki günə qədər Zelenski və digər rəhbər işçilərdən tutmuş sıravi vətəndaşlara qədər hamısı bir ağızdan deyirdilər ki, Ukrayna xalqı bir qarış torpağından, o cümlədən Krım və Donbasın Ukrayna torpaqları olmasından imtina etməyəcəklər, NATO və Avropa İttifaqına qəbul olmalarında israrlıdırlar. Bu fikir hər gün səslənirdi. Hər dəfə Ukrayna - Rusiya nümayəndələrinin görüşlərindən sonra Ukrayna nümayəndələri danışıqlarda heç bir konstruktivlik olmadığını və mübarizələrini sona - ərazi bütövlüklərini tam təmin edənə qədər aparacaqlarını elan edirdilər. Ancaq son iki gün Zelenski və digər vəzifəli şəxslər gözlənilmədən fikirlərini tam əks istiqamətə dəyişdilər və bir ağızdan elan etməyə başladılar ki, danışıqlarda müsbət dəyişikliklər var. Məni çaşdıran ən ciddi məsələ isə Ukrayna tərəfinin artıq NATO-ya üzv olmaq istəməməsi, Krım və Donbas haqqında isə protektoratlığı qəbul etməyə hazır olmasını elan etməyidir. Bu hal müharibənin ilk günlərində baş versə, başa düşmək olardı. Ancaq bu gün, Ukrayna yerlə yeksən olandan, milyonlarla insan qaçqın düşəndən, ən azından minlərlə dinc sakin qətlə yetiriləndən sonra özü də Ukrayna Ordusunun mənəvi qələbə çaldığı, Rusiya Ordusunun isə iflasa uğradığı bir vaxtda baş verməsini anlamaq mümkün deyil. Ortada ən çox ehtiyat etdiyim bazarlığın olduğu və Ukraynanın ABŞ və Avropa tərəfindən qurban verilməsi ssenarisi görünməyə başlayır. Çox riyakar, namərd bir alver baş verir. Bu alverdən Putin hakimiyyətinin sağ çıxması dünyanı yeni fəlakətlərə aparacaq. Görünən odur ki, Qərb dövlətləri Hitler rüsvayçılığından dərs almayıblar. Ümid edirəm, bu dəfə əvvəlkindən fərqli olaraq dünyada baş qaldıracaq ictimai qınaq bu alverin baş tutmasına mane olacaq. Hansı murdarlıqların baş verməsindən asılı olmayaraq Ukrayna Xalqı artıq qalibdir! Müharibənin taleyini isə Ukrayna xalqı və rəhbərlərinin dirənişi həll edəcək!”
Leyla
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin