BURADA REKLAMINIZ OLA
BİLƏR

İbrahimbəyovun son sözü nə olub? - Oğlu açıqladı

“Deməyə sözüm yoxdur. Hamı üçün böyük itkidir. Əgər valideyn nöqteyi nəzərdən fikir bildirsək, təbii ki, atanı itirmək ən ağır itkidir”.

 

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimində onun oğlu Fuad İbrahimbəyov bildirib.

 

O, qeyd edib ki, atasının ölümü gözlənilməz olub: “Mən şadam ki, biz onu bura gətirdik. Şadam ki, o, vətənində dəfn olunacaq, onu istəyənlər məzarını ziyarət edə, onunla hər hansı məsələdə söhbət edə biləcək. Təbii ki, o böyük insan, gözəl, qeyri-adi ata idi. Son söz olaraq bütün dostlarına salam göndərdi. O, dedi ki, əgər mən buradan çıxa bilməsəm, mənim bütün köhnə dostlarımı qucaqla, öp və sevgimi çatdır”.

 

Qeyd edək ki, R. İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada, 83 yaşında dünyasını dəyişib.

 

Qafqazinfo

Tarix: 16 Mart 2022, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin