BURADA REKLAMINIZ OLA
BİLƏR

Maaşından hər ay pul tutulanlara vacib xəbər

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 43-ə qədər yüksəlib.

 

Bu barədə Agentlikdən məlumat verilib.

 

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir.

 

Həmin tibbi xidmətlərdən vətəndaşlar "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

 

Müqaviləli tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az) yerləşdirilib:

 

1. Bakı Sağlamlıq Mərkəzi

 

2. Mərkəzi Klinik Xəstəxana

 

3. Caspian International Hospital

 

4. Respublika Diaqnostika Mərkəzi

 

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

 

6. Gəncə Beynəlxalq Xəstəxanası

 

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

 

8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

 

9. Mərkəzi Neftçilər Xəstəxanası

 

10. Zəfəran hospital

 

11. EGE Hospital

 

12. Sumqayıt Hospital

 

13. Avrasiya Hospital

 

14. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

 

15. Leyla Medical Center

 

16. Badam Medical Center

 

17. Lor Hospital

 

18. Məlhəm Beynəlxalq Hospital

 

19. "OKİ” Özəl Tibbi Müalicəxanası

 

20. Oksigen Klinik Xəstəxanası

 

21. Diaqnoz Tibb Mərkəzi

 

22. Baku City Hospital

 

23. Mediland Hospital

 

24. Medera Hospital

 

25. Stimul Hospital

 

26. Medistyle Hospital

 

27. Batıgöz Medical Plaza

 

28. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası

 

29. İstanbul NS klinikası

 

30. Olimp Hospital

 

31. Kəpəz Hospital

 

32.Salam Doktor

 

33. Bioloji Təbabət Klinikası

 

34. Real Hospital

 

35. Turan Hospital

 

36. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik

 

37. Dünyagöz

 

38. National Prime Hospital

 

39. Regional Hospital

 

40. Səhhət Azərbaycan-Almaniya Klinikası

 

41. Spero Hospital (Dobromed)

 

42. Milan Hospital

 

43. Referans Qəbələ Tibb Mərkəzi

 

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Tarix: 16 Mart 2022, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin