"Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin indiki mürəkkəb situasiyada Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etməsi Qərb qütbünün bölgədə yaranan yeni reallığı qəbul etdiyini göstərir. Xüsusilə, müzakirələrin yalnız ABŞ-Azərbaycan münasibətlərini yox, Cənubi Qafqaz regionunda post-münaqişə dövrünə aid məsələləri, o cümlədən, Ukrayna problemini əhatə etməsi Vaşinqtonun Bakını ciddi regional güc mərkəzi kimi qəbul etdiyini göstərir. Blinkenin dünənki diplomatik trafikinə diqqət yetirsək, görərik ki, yalnız Ukraynanın xarici işlər naziri və Azərbaycan Prezidenti ilə şəxsən əlaqə saxlayıb. Blinkenin müavini isə Fransa Xarici İşlər Nazirliyinin katibi ilə müzakirələr aparıb".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, demokratların erməni elektoratı ilə yaxınlığını və Türk-İslam dünyasına baxış bucağının spesifikliyi hər kəsə bəllidir: "Təsadüfi deyil ki, hazırkı ABŞ Adminstrasiyası ikili standart nümayiş etdirərək bir müddət əvvəl Azərbaycanı yox, məhz Ermənistanı “Demokratiya sammiti”nə dəvət etmişdi. Belə bir fonda bu gün regional təhlükəsizlik amilinin bölgədə İrəvan və Tiflislə deyil, məhz Bakı ilə müzakirə olunması ondan xəbər verir ki, ikili standartlara baxmayaraq, Bayden adminstrasiyası Azərbaycanın real geosiyasi imkanlarının fərqindədir. Daha dəqiqi, rəsmi Vaşinqton artıq etiraf edir ki, Cənubi Qafqaz və postsovet məkanında taleyüklü məsələlərdə müzakirə apara biləcəyi əsas güc mərkəzi Bakıdır. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencer çox maraqlı bir ifadəsində qeyd edirdi ki, “alternativlərin olmaması zehni heyrətamiz şəkildə təmizləyir.” Bu gün Vaşinqton üçün Rusiya amili qarşısında Moskvada sözü eşidilən, eyni zamanda müstəqilliyini də tam formada qoruya bilən yeganə beynəlxalq hüquq subyekti Azərbaycandır. Kissencerin təbirincə desək, Vaşinqton çətin periodlarda görür ki, rəngli inqilabların hesabına forpostlarda əldə edilən siyasi nüfuz dairəsi böhran şəraitində effekt vermir və yalnız iqtisadi cəhətdən asılı olmayan, müstəqil siyasi xəttə malik olan və qütblər arasında bitərəfliyini, eləcə də bərabər məsafəni qoruya bilən liderlər və dövlətlər açar fiqur ola bilirlər".
B.Məhərrəmovun dediyinə görə, Entoni Blinkenin Prezident İlham Əliyevə zəngində diqqət çəkən digər məqam isə Ukraynaya humanitar yardım göstərdiyinə görə Vaşinqtonun Azərbaycana təşəkkürü ilə bağlıdır: "Maraqlıdır ki, Qərb Azərbaycanın Ukrayna münaqişəsindəki rolundan razıdır, cənab İlham Əliyevin mövqeyi Avropada və okeanın o tayında yüksək qiymətləndirilir. Eyni zamanda, strateji müttəfiqimiz olan Rusiya da Azərbaycanın bu münaqişədə sərgilədiyi yanaşmadan narazı deyil, əksinə Bakının münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri yüksək qiymətləndirilir. Açıq danışsaq, İlham Əliyev ortaya diplomatiyanın ustad dərsi nümunəsini qoyub. Unutmayaq ki, Rusiya-Ukrayna münaqişəsində azacıq yanlış bu prosesdən böyük zərərlə çıxmağımıza səbəb ola və ölkəmizin nüfuzunun zədələnməsi ilə nəticələnə bilərdi. Prezident İlham Əliyev bu münaqişə fonunda mürəkkəb geosiyasi sınaqdan nəinki ölkənin zərər çəkməsinə imkan vermədi, üstəlik Bakı davranışları ilə həm Qərbdə, həm Ukraynada, həm də Rusiyada ciddi nüfuz qazandı".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin