BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarova: "Qərb jurnalistləri Rusiyanın Donbassla bağlı məlumatlarına məhəl qoymurlar"

Qərb mediasının nümayəndələri həqiqətin gözünə baxmaq və Donbassla bağlı Rusiya tərəfinin təqdim etdiyi materiallarla tanış olmaq istəmirlər.

 

Pravda.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

Zaxarova bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalyada keçirilən diplomatik forum çərçivəsində mətbuat konfransını hazırlayarkən CNN televiziyasının əməkdaşı ona yaxınlaşaraq Ukraynadakı vəziyyətlə bağlı suallar verib.

 

“Bununla bağlı Rusiyanın ingilis dilində yazılmış mövqeyini göstərmək üçün telefonu ona verdim, mətni oxudu, ancaq foto və videolara baxmadı belə. Bir jurnalistin sual verərkən ona verilən materiallardan necə üz döndərdiyini ilk dəfə gördüm” - deyə, Zaxarova qeyd edib.

 

 

Leyla

Tarix: 16 Mart 2022, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin