BURADA REKLAMINIZ OLA
BİLƏR

Aeroport yolundakı qəzada yaralananların son vəziyyəti

Bakıda aeroport yolunda ağır qəza baş verib.

Pravda.az-ın məlumatına görə, betonqarışdıran maşın yolda hərəkətdə olan minik avtomobilinin üstünə aşıb.

Bakı şəhər DYPİ-nin baş inspektoru, polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, betonqarışdıran maşın "Opel" markalı maşının arxasından dəyib. Toqquşmanın təsirindən betonqarışdıran maşın minik avtomobilinin üstünə aşıb, yaralılar var.

Hadisə yerinə Suraxanı RPİ və FHN əməkdaşları cəlb olunub. Hazırda yolda hərəkət DYP tərəfindən tənzimlənir.

Tarix: 16 Mart 2022, 16:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin