BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu: "Müharibəyə son qoyulmalıdır"

"Ukraynada axan qan dayandırılmalıdır, orada humanitar vəziyyət pisləşir". 

Pravda.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununa dair mətbuat konfransında deyib.

"Türkiyə Ukrayna münaqişəsinin başlanğıcından mövqeyini ortaya qoyub. Biz həmişə öz narahatlıqlarımızı və tənqidlərimizi dürüst və səmimi şəkildə bildirmişik, tərəfləri dialoqa çağırmışıq və gərginliyin azaldılmasının zəruriliyini təklif etmişik" - Çavuşoğlu bildirib. 


“Biz əvvəldən atəşkəsin təmin edilməsinin tərəfdarı olmuşuq" deyə qeyd edən Çavuşoğlu təəssüflə hissi ilə vurğulayıb ki, fevralın 24-dən bu günə qədər Ukraynada dağıntılar və humanitar çətinlik artmaqda davam edir: "Minlərlə dinc sakin həlak olub, 3 milyondan çox insan öz ölkəsini tərk edib. Bütün bunlara son qoyulmalıdır".

Leyla

Tarix: 16 Mart 2022, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin