BURADA REKLAMINIZ OLA
BİLƏR

Metroda qatarların hərəkətində yubanma olub

Bakı metrosunda qatarların hərəkətində yubanma yaranıb.

 

Pravda.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb. Qeyd olunub ki, yaşıl xətt üzrə "28 May-Nizami" mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb: "Bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib. Hər hansı problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib".

 

Xəbərə görə, bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub: "Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq. İlkin ehtimala görə, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb".

Tarix: 16 Mart 2022, 20:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin