BURADA REKLAMINIZ OLA
BİLƏR

“Təhlil aparılmadan hansısa sosial ödənişlərin bərpası və ya artırılması barədə çıxışlar etmək populizmdən başqa bir şey deyil” - Cavid Osmanov

“Neft qiymətlərinin artması Rusiya-Ukrayna böhranının nəticəsi idi. Qeyd etmişdim ki, neftin qiymətini dəqiq proqnozlaşdırmaq mümkün deyil. İndi isə neftin qiymətində kəskin ucuzlaşma müşahidə edilir. Neft qiymətləri bahalaşanda bəzi qüvvələr populist çıxışlar edirdilər. Qeyd edirdilər ki, neft bahalaşıb, valyuta ehtiyatları artıb, ona görə də “uşaqpulu” məsələsi gündəmə gətirilməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

O bildirib ki, Azərbaycan dövləti iqtisadi imkanları artdıqca vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində vacib addımlar atır: “Elə ötən ilin sonlarında və bu ilin əvvəllərində Prezident İlham Əliyev tərəfindən imzalanmış bir sıra sərəncamlar da bunun bariz nümunəsidir. “Uşaq pulu” da Azərbaycan hökumətinin diqqətindədir. Azərbaycanın iqtisadi gücü artdıqca sosial ödənişlərin də məbləği artır və artırılacaq. Təəssüf ki, neftin qiyməti qısa müddət ərzində kəskin qalxdığı kimi kəskin də aşağı düşür. Ona görə də hesab edirəm ki, neftin qiymətinin qısa müddətli qalxması ilə heç bir təhlil aparmadan,  dərhal hansısa sosial ödənişlərin bərpası və ya artırılması barədə çıxışlar etmək populizmdən başqa bir şey deyil. Bilmək lazımdır ki, son illər ölkədə aparılan islahatların tərkib hissəsi olaraq sosial sahənin islahatları inqilabi xarakter daşıyır. Ölkənin iqtisadi imkanları uyğun olduqda “uşaq pulu” məsələsinə baxıla bilər. Nəzərə almaq lazımdır ki, “uşaq pulu” təyin edildikdə, bu, 1-2 aylıq müəyyən edilmir. Yəni, davamlı olaraq müvafiq ailələr “uşaq pulu” almağa davam edirlər. Ona görə də ciddi hesablamalar aparılmalı və ölkənin iqtisadi gücü nəzərə alınmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 17 Mart 2022, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin