BURADA REKLAMINIZ OLA
BİLƏR

“ABŞ və bir sıra Qərb müttəfiqləri münaqişənin tezliklə başa çatmasında maraqlı deyillər” – Anar Əliyev

“Rusiya və Ukrayna münasibətləri, təəssüf ki, diplomatiya yolu ilə həll etmə mərhələsinə daxil olmayıb. Müharibə 22-ci gündür ki, davam edir. Hesab edirəm ki, ABŞ və digər bir sıra Qərb müttəfiqləri münaqişənin tezliklə başa çatmasında maraqlı deyillər. ABŞ Prezidenti Co Baydenin diplomatik və etik çərçivələrdən kənar fikirlər səslədirməsi Rusiyanı qıcıqlandırmaq və hərbi müdaxilənin davamına nail olmaq məqsədi daşıyır”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

 

Siyasi şərhçi qeyd edib ki, bütün bunların fonunda Türkiyə tərəfi isə Rusiya və Ukrayna arasındakı gərginliyin azalması üçün ciddi cəhdlə çalışır: “Türkiyə, doğrudan da, iki dövlət arasındakı münaqişənin sülh yolu ilə həllində maraqlı olan yeganə dövlətlərdəndir. Hesab edirəm ki, Rusiya bu müharibənin təkcə Ukraynanın yanlış addımları ilə bağlı deyil, həm də ABŞ və müttəfiqlərinin hərbi müdaxiləyə təhriki nəticəsində baş tutduğunu dərk edir. Bununla yanaşı, Rusiya ona qarşı tətbiq edilən sanksiyaların doğurduğu ağır nəticələrlə üz-üzə qalıb. Odur ki, Rusiya və Ukrayna münasibətlərinin yaxın vaxtlarda masa arxasında müzakirəsi mərhələsi başlaya bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya və Ukrayna prezidentlərinin görüşü də təklif edilib. Fikrimcə, Türkiyənin vasitəçi kimi danışıq aparması tərəflərin münasibətlərinin normallaşdırılmasına müsbət təsir göstərəcək. Nəticədə, münaqişənin həlli masa arxasına daşınacaq. Ümumiyyətlə, Ukrayna və Rusiya mövcud prosesləri soyuq başla təhlil edərək münaqişədən çıxış yollarını axtarmaq məcburiyyətindədirlər. Hesab edirəm ki, yaxın günlərdə məhz bu istiqamətdə atılacaq addımların şahidi olacağıq”.

 

Nəzrin Cavid

Tarix: 17 Mart 2022, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin