BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu: “Atəşkəslə bağlı ümidimiz artıb”

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Rusiya və Ukraynaya səfəri nəticəsində atəşkəsə ümidlərin bir az da artdığını, liderlərin görüşü üçün zəminin tezliklə yaranacağını düşündüyünü bəyan edib.

 

Pravda.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, Türkiyənin bu prosesdə əvvəlcədən prinsipial mövqe sərgilədiyini, hər iki ölkə ilə dialoqu olan bir ölkə olaraq müharibənin dayandırılması üçün səmimi səylər göstərdiyini bildirib.

 

Çavuşoğlu qeyd edib ki, Moskvada əldə edilən təəsüratlarla bağlı bu gün ukraynalı həmkarı Dmitri Kulebaya məlumat verib: "Bu iki səfər nəticəsində müharibə ilə bağlı qəti bir şey söyləmək çətin olardı, amma atəşkəs ümidimiz bir az da artıb”.

 

Leyla

Tarix: 17 Mart 2022, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin