BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev idman sahəsinə şəxsən nəzarət edir və bütün göstəricilərdən xəbərdardır” - RƏY

“Prezident İlham Əliyevin 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul etməsi ölkədə idmanın inkişafının dövlət siyasəti olduğuna bariz nümunədir. Prezident İlham Əliyev nadir ölkə liderlərindən biridir ki, eyni vaxtda həm də Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Bu, Ölkə başçısının idmana, fiziki tərbiyəyə, ümumiyyətlə sağlam gəncliyin yetişməsinə olan konkret mövqeyidir. Həmçinin, Prezidentin idmançıları qəbul etməsi onlara, eləcə də Azərbaycan xalqına xüsusi stimul verir”.

 

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, görüş Prezident İlham Əliyevin idman sahəsinə şəxsən nəzarət etdiyini və bütün göstəricilərdən xəbərdar olduğunu sübut edib: “Prezident görüş zamanı qeyd etdi ki, “Siz müzəffər Azərbaycanın idmançılarısınız və artıq başqa ruhda döyüşürsüz”. Bu, çox gözəl ifadədir. Doğrudan da, bu gün idmançılar tamam fərqli ruhda mübarizə aparırlar, çünki onlar qalib ölkənin idmançılarıdırlar. Ölkə rəhbəri, həmçinin, federasiyada baş verən neqativ hallara da diqqət çəkdi və regionlarda yaşayan bacarıqlı uşaqların idmana cəlb edilməsinin vacibliyini vurğuladı. Görüş çərçivəsində 44 günlük Vətən müharibəsindəki qələbədən də bəhs edildi. Cənab Prezident idmanın insanlarda xüsusi vətənpərvərlik hissini aşılamasını, xüsusilə bayrağımızı qaldırmağın, himnimizi səsləndirməyin uşaq və gənclərdə Vətənə bağlılıq hisslərini artırdığını qeyd etdi. Yəni, biz İkinci Qarabağ müharibəsində idmanın həm sağlam, həm də vətənpərvər və döyüşkən xalq yetişdirdiyinin şahidi olduq. Ümumiyyətlə, Ölkə rəhbəri həmin görüşdə Azərbaycan idmanının yol xəritəsini çəkdi, aiddiyyatı qurumların fəaliyyətini qeyd etdi və idman sahəsinin şəxsən özünün nəzarətində olduğunu bildirdi. Cənab Prezident vurğuladı ki, o, idmançılardan qayğısını və diqqətini heç zaman əsirgəməyəcək".

 

Nəzrin Cavid

Tarix: 17 Mart 2022, 19:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin