BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Qərb dövlətlərinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Azərbaycana sanksiya tətbiq etməsi mümkün deyil”

“Qərb dövlətlərinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Azərbaycana sanksiya tətbiq etməsi mümkün deyil. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və bu münaqişə barədə sülh tərəfdarı olduğunu öz çağırışları ilə dəfələrlə bəyan edib. Azərbaycan neytral mövqedədir və hər iki dövlətlə normal münasibət saxlamaqla heç bir dövlətin daxili işinə qarışmır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

O bildirib ki, Qərbin Belarusa qarşı sanksiya tətbiq etməsi gözlənilən olub: “Çünki Belarus Rusiyanın mövqeyini açıq-aşkar müdafiə edir. Nəzərə almaq lazımdır ki, Rusiya qoşunları Ukraynaya qarşı bir sıra hərbi müdaxiləni məhz Belarus ərazisindən edir. Ona görə də Belarusa qarşı sanksiyalar qaçılmazdır. Yəni, bunun Rusiya ilə müttəfiqlik əlaqələrinə aiddiyyatı yoxdur. Hər müttəfiq ölkəyə qarşı sanksiya tətbiq oluna bilməz. Azərbaycan Rusiyanın müttəfiqi olsa da, bu məsələdə barış və sülh tərəfdarıdır. Azərbaycan Rusiyanı haqlı hesab etmir və neytral mövqeyini qoruyub saxlayır”.

 

Nəzrin Cavid

Tarix: 18 Mart 2022, 11:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin