BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Kreditim var, maaşımdan çıxılır, heç artıra bilməmişik ki, bankda pul saxlayaq və ya dollar alaq”

“Azərbaycanda bankların dolları limitli şəkildə satdığı barədə məlumatlıyam, amma xarici valyutanı daha çox kimlər tərəfindən alındığını bilmirəm. İddia edildiyi kimi, məmurlar, eləcə də deputatlar tərəfindən alınıb-alınmadığından xəbərsizəm. Pulum da yoxdur ki, deyəm, “ay aman, birdən pulum batar, gedim dollara çevirim”. Başqalarının varsa, gedib dollarları alırlarsa, onu deyə bilmərəm. Lakin hesab edirəm ki, Azərbaycanda devalvasiya təhlükəsi yoxdur, çünki ölkəyə kifayət qədər valyuta daxil olur. Yəni, milli valyuta üçün xüsusi təhlükə yoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

O qeyd edib ki, bankda pul saxlamadığı üçün, ümumiyyətlə, valyuta seçimi edə bilmir: "Sovet dövründə bankda rublla pulum var idi, o da batıb getdi. İndi isə əksinə, kreditim var, maaşım da kreditə çıxır. Heç artıra bilməmişik ki, bankda da pul saxlayaq”.

 

Nəzrin Cavid

Tarix: 18 Mart 2022, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin