BURADA REKLAMINIZ OLA
BİLƏR

Litva Rusiyanın 4 diplomatını persona non qrata elan etdi

Litva Rusiya səfirliyinin dörd əməkdaşını diplomat statusuna uyğun olmayan fəaliyyətinə görə arzuolunmaz şəxs (persona non qrata) elan edib və onlara beş gün ərzində ölkəni tərk etmələri barədə göstəriş verilib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Litva xarici işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, martın 18-də Rusiyanın Litvadakı səfiri Aleksey İsakov Litvanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu barədə nota təqdim edilib.

 

Əlavə edək ki, bundan əvvəl Bolqarıstan 10 rus diplomatını persona non qrata elan edib, Latviya və Estoniya isə ayrı-ayrılıqda Rusiya səfirliyinin üç əməkdaşını ölkədən çıxardıqlarını açıqlayıblar.

 

Leyla

Tarix: 18 Mart 2022, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin