BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Məmmədov: “Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişinin imzalanması Qərbin sanksiya tətbiq etməsinə əsas vermir”

“Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sazişin imzalanması Qərbin bizə qarşı sanksiya tətbiq etməsinə əsas vermir. Azərbaycan heç bir sanksiyaya layiq deyil. Bu gün Azərbaycan bütün qonşu dövlətlərlə, eləcə də Avropa və ABŞ ilə münasibətlərinin qorunmasında və inkişafında maraqlıdır. Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanması Azərbaycanın suveren hüququdur”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Qərbin Azərbaycana sanksiya tətbiq etməsinin, ümumiyyətlə, heç bir əsası ola bilməz: “Belə cəhdlər olsa da, mənasızdır. Azərbaycan neytral mövqedədir və qardaş Ukraynaya ciddi yardımlar göstərir. Ona görə də sanskiyaların tətbiqi iddiaları əsassızdır, bunun reallaşması üçün heç bir səbəb yoxdur. Sadəcə olaraq, nəzərə almaq lazımdır ki, erməni lobbisi güclü fəaliyyət göstərir və ölkəmiz əleyhinə ciddi iş aparır. Bunun qarşısını almaq üçün isə həm Xarici İşlər Nazirliyi, həm də diaspora və lobbi institutlarımız lazımi tədbirləri həyata keçirməlidirlər. Erməni lobbisinin Azərbaycan əleyhinə qara piar kampaniyalarının qarşısı alınmalıdır. Yəni, Azərbaycana qarşı sanksiyalar tətbiq edilə bilməz, çünki biz işğalı dəstəkləmirik və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Sanskiya ehtimalı belə, qəbuledilməzdir”.

 

Nəzrin Cavid

Tarix: 18 Mart 2022, 17:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin