BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənclər və İdman Nazirliyinin yeni loqosu müzkirələrə səbəb oldu

Gənclər və İdman Nazirliyinin yeni loqosu müzkirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, loqonu bəyənənlər də, uğursuz hesab edənlər də var.

 

Sosial şəbəkələrdə tənqid edənlər əsasən loqonun sadə olduğunu, heç bir məna ifadə etmədiyini bildiriblər, ona görə də xüsusi müsabiqə keçirilməsini vaxt itkisi hesab ediblər.

 

Qeyd: Gənclər və İdman Nazirliyinin yeni loqosu ictimaiyyətə martın 18-də təqdim olunub. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, olimpiya və paralimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.

 

F.Qayıbov bildirib ki, loqo 100-dək variant arasından seçilib: "Düşündük ki, müasir loqoya ehtiyac var. Yeni loqo müasir tələblərə cavab verir”.

 

Paradoks Dizaynın rəhbəri Şamil Ramazanov loqonu təqdim edərək bildirib ki, yeni loqo nazirliyin fəaliyyətini və baxışını əks etdirməli, yaddaqalan və digərlərindən fərqlənən olmalı, müasir tələblərə uyğun, uzun müddət aktual qalmalıdır.

 

Leyla

Fotoları təqdim edirik
Tarix: 19 Mart 2022, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin