BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan daxili bazarını qlobal təhdidlərdən qoruya bilən az saylı dövlətlərdəndir

COVİD-19 pandemiyasının təsirləri bitər-bitməz Rusiya-Ukrayna müharibəsinin başlanması, qarşılıqlı  sanksiyaların tətbiq edilməsi qlobal maliyyə-iqtisadi düzən üçün yeni təhdidlər yaradıb. Ciddi problemlərdən biri  malların logistika-təchizat zəncirində qırılmaların baş verməsidir. Geosiyasi proseslərlə paralel olaraq iqlim dəyişiklikləri də ciddi təhdidə çevrilib, dünya bazarlarında enerji daşıyıcılarının, həmçinin, əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır. Ayrı-ayrı ölkələrdə iqtisadi proseslərin pozulması, ərzaq təminatıda problmlərin yaranmasını ehtiva edən informasiyalar intensivləşir. Son iki il ərzində təkcə neftin, qazın qiymətlərində müşahidə olunan kəskin dəyişiklikləri müşahidə etməklə nələrin yşandığını təsəvvür etmək olar. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Daxili bazarın qorunmasına dair Qərar”ını  tam zamanında atılmış  bir addım kimi dəyərləndirmək olar. NK-nın qərarı “Minimum istehlak səbətinin tərkibinə daxil olan əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsi”ni ehtiva edir. Qərara əsasən, siyahısı müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması əhalinin müvafiq mallarla təminatı proqnozu əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.

 

Son illər ərzində ortaya çıxan bütün qlobal və regional təhdidlərə rəğmən Azərbaycan öz  iqtisadiyatını,  daxili bazarını mümkün qədər sabit saxlaya bilib. Bu kontekstdə Azərbaycan qlobal təhdidlərdən qorunmağı bacaran az saylı dövlətlərdəndir. Bu, deməyə əsas verir ki, hökumət bütün qlobal və regional prosesləri diqqətlə müşahidə edir, təhlillər aparır, qabaqlayıcı addımlar ata bilir. Hər birimiz görürük ki, hazırda ölkədə ərzaq təminatı ilə bağlı hər hansı narahatlıq yoxdur, hər şey hökuməıtin nəzarətindədir.  Sadəcə hökumət qabaqlayıcı addımlar atır...

 

Müşfiq Ələsgərli

Tarix: 19 Mart 2022, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin