BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycana kiminsə tərəfdaşı və dəstəkçisi olan dövlət kimi sanksiyalar tətbiq etmək mümkün deyil”

“Qərbin Rusiya və Belarusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Məlum məsələdir ki, NATO-Rusiya qarşıdurması çərçivəsində iqtisadi sanksiyalar tətbiq etməklə Rusiyanı tənəzzülə uğratmaq istəyirlər. Bu münaqişədə Rusiyanin ən ciddi tərəfdaşı kimi çıxış edən dövlət məhz Belarusdur. Ona görə də Belarusa qarşı sanksiyaların tətbiqi gözləniləndir. Azərbaycan isə nə Rusiya, nə də Belarus ilə eyni hərbi blokda təmsil olunur. Dövlətimiz Rusiya-Ukrayna müharibəsində humanitar addımlar atır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan heç bir hərbi blokun üzvü deyil, Qoşulmama Hərakatının üzvüdür: “Yəni, sanksiya tətbiq etmək üçün dövlətlərin məram və məqsədi əsas götürülür. Azərbaycanın məram və məqsədi isə bəllidir, neytraldır və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. Belarus isə Ukraynaya qarşı hərbi müdaxilə etmək üçün Rusiyaya öz ərazisindən istifadə etməyə imkan verib. Qərbin Azərbaycana sanksiya tətbiq etməsinin heç bir əsası yoxdur. Azərbaycan hakimiyyətinin apardığı siyasət çoxşaxəli və balanslıdır. Bu səbəbdən, Azərbaycana məhz kiminsə tərəfdaşı və dəstəkçisi olan dövlət kimi sanksiyalar tətbiq etmək mümkün deyil və inandırıcı görünmür”.

 

Nəzrin Cavid

Tarix: 19 Mart 2022, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin