BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Müdafiə Nazirliyi məlumat yaydı

Rusiya hərbçiləri gün ərzində Ukrayna ordusunun 69 hərbi obyektini sıradan çıxarıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

 

İ.Konaşenkov qeyd edib ki, üç S-300 hava hücumundan müdafiə sistemi, dörd komanda məntəqəsi, dörd zenit-raket kompleksi, üç reaktiv yaylım atəş sistemi, 12 raket və artilleriya silahı anbarı, o cümlədən 43 hərbi texnikanın toplandığı yer vurulub.

 

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 196 pilotsuz uçuş aparatı, 1438 tank və digər zirehli döyüş texnikası, 145 reaktiv yaylım atəşi sistemi, 556 səhra artilleriya qurğusu və minaatan, həmçinin 1237 ədəd xüsusi təyinatlı hərbi texnika sıra çıxarılıb” - Konaşenkov bildirib.

 

Leyla

Tarix: 19 Mart 2022, 12:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin