BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda daha bir qurum yaradıldı

Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin fəaliyyəti təmin ediləcək.

 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin Strukturu” da təsdiq edilib.

 

Əqli Mülkiyyət Agentliyi:

 

bir ay müddətində:

 

- tabeliyindəki “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin fəaliyyətini təmin etmək məqsədilə sədr və onun müavini daxil olmaqla, Mərkəzin Müşahidə Şurasının üzvlərini və Mərkəzin direktorunu təyin etsin;

 

- Mərkəzin əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə işçilərin əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etsin;

 

Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etsin və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən 1 (bir) gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

 

Bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

 

Müəyyən edilib ki:

 

- Mərkəzin Nizamnamə fondu 100.000 manat təşkil edir və Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla) hesabına təmin olunur;

 

Mərkəzin saxlanması xərcləri və fəaliyyəti Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla), eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir.

Tarix: 19 Mart 2022, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin