BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ Rusiyanın 100-ə yaxın təyyarəsinin uçuşunu qadağan etdi

ABŞ Rusiyanın 100-ə yaxın təyyarəsinin uçuşunu qadağan edib.

 

 "Pravda.az" "UNİAN"a istinadən xəbər verir ki, onların arasında rusiyalı oliqarx Roman Abramoviçin təyyarəsi də olub.

 

ABŞ Ticarət Nazirliyi Rusiya və Belarusa uçan və bununla da ABŞ-ın sanksiyalarını pozan 99 təyyarənin siyahısını dərc edib.

 

Bu barədə Amerika departamentinin bəyanatında deyilir. Fevralın 24-dən etibarən ABŞ və ya digər ölkələrdə istehsal olunan və tərkibində 25%-dən çox Amerika mənşəli hissələri olan təyyarələr Rusiyaya uçmaq üçün lisenziya almalıydılar. Martın 2-dən oxşar hal Belarusa münasibətdə də tətbiq edilib.

 

Buna baxmayaraq, Rusiya aviadaşıyıcıları lisenziya almadan Rusiyaya uçuşlarını davam etdiriblər, ona görə də indi bu təyyarələr üzərinə faktiki olaraq həbs qoyulub.  Onlarla beynəlxalq uçuşlar həyata keçirmək mümkün olmayacaq. ABŞ bu təyyarələrin yanacaqla doldurulmasını, texniki xidmət göstərilməsini, təmirini, ehtiyat hissələri ilə təmin olunmasını və istənilən bu kimi xidmətlər göstərilməsini qadağan edib.

 

Qadağan edilmiş təyyarələrin əksəriyyəti Aeroflot şirkətinə məxsus olub. Siyahıya həmçinin Nordwind, Utair, Azur Air, AirBridgeCargo şirkətlərinin sərnişin və yük təyyarələri də daxildir. Onların arasında Roman Abramoviçin “Gulfstream G650” təyyarəsi də olub.

 

Leyla

Tarix: 19 Mart 2022, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin