BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ağır vaxtlarda bizə təşrif buyurmuş rus millətindən olanlara diqqətli yanaşmalıyıq” – Aslan İsmayılov

“Kreml hakimiyyətinin bizə düşmən olduğunu heç vaxt unutmamalıyıq. Bilməliyik ki, bu hakimiyyət təmsilçilər imperiya arzusu ilə yaşadıqca müstəqilliyimiz təhlükədə olacaq. Ancaq onu da unutmamalıyıq ki, bu böyük bir dövlətdir və onun xalqı qismində özümüzə düşmən qazanmamalıyıq. Ona görə də bu ağır vaxtlarda bizə təşrif buyurmuş rus millətindən olanlara qarşı qonşu kimi davranmalıyıq, onlara diqqətli yanaşmalı və mehriban qonşu olduğumuzu göstərməliyik”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

 

“Bu, bir daha bizim xalq olaraq böyüklüyümüzü göstərəcək. Qəbul etməliyik ki, bu yazıq xalqın özü imperiya həvəskarlarının qurbanıdır. Özüm 15 il Rusiyada yaşamışam və sıravi ruslardan heç vaxt pislik görməmişəm. Əminəm ki, bu gün ölkəmizə təşrif buyuranlar bu dar durumda olanları, bugünkü xoş münasibətimizi heç vaxt unutmayacaqlar. Baş verənlərin birmənalı olaraq milli müstəviyə keçməsinə qarşıyam” – A.İsmayılov qeyd edib.

 

Leyla

Tarix: 19 Mart 2022, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin