BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Unun və çörəyin bahalaşacağı ilə bağlı məlumatlar əsassızdır”

“Hesab edirəm ki, unun, eləcə də çörəyin yaxın günlərdə bahalaşacağı ilə bağlı məlumatlar əsassızdır. Azərbaycanda müəyyən qədər taxıl ehtiyatı var. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi taxıl bazarına təsirsiz ötüşməyib. Rusiya dənli bitkilər ixracına məhdudiyyət qoyub. Eyni zamanda, Ukraynada da müharibə ilə əlaqədar əkin işləri aparılmır. Yəni, bütün bunların fonunda gələcəkdə taxıl qiymətlərinin bahalaşması gözləniləndir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, hazırda unun və çörəyin bahalaşacağı ilə bağlı məlumatlar reallığı əks etdirmir: “Ölkədə kifayət qədər taxıl və un ehtiyatı var. Alternativ idxal mənbələri tapılanadək daxili bazarı idarə etmək mümkündür. Hesab edirəm ki, dövlət tərəfindən reallaşdırılan müəyyən tədbirlər hesabına taxıla olan tələbatın indi və gələcəkdə ödənilməsi problemsiz həyata keçiriləcək”.

 

Nəzrin Cavid

Tarix: 19 Mart 2022, 16:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin