BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanın xüsusi təyinatlı bölmələri yüksək dağlıq ərazilərdə məşğələlər keçirir - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən çətin qış şərtlərində məşğələlər keçirilir.

 

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə “Yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda bölmələrin fəaliyyəti” mövzusunda keçirilən məşğələlər davam edir.

 

Qar şəhərciyinə çevrilmiş təlim ərazisində xüsusi təyinatlı bölmələr tərəfindən pusqu, basqın və ərazidə yerləşmə kimi fəaliyyətlər icra edilir.

 

Qarlı-çovğunlu şəraitdə hərəkət üsul və fəndlərini öyrənən şəxsi heyətin dağlıq ərazidə və hərəkətdə atəşaçma bacarıqları təkmilləşdirilir.

 

Tarix: 19 Mart 2022, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin