BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan daha bir boksçusu yarımfinalda

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında dörddəbir final görüşlərinə start verilib.

Pravda.az xəbər verir ki, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından rinqə əvvəlcə Nicat Hüseynov (51 kq) çıxıb.

O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən N.Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib.

İdmançımız bu qələbə sayəsində yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla martın 20-də döyüşəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsi çərçivəsində bu gün daha dörd boksçumuz rinqə çıxacaq.

Tarix: 19 Mart 2022, 22:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin