BURADA REKLAMINIZ OLA
BİLƏR

Miqrantları daşıyan qayıq batdı

Tunis sahillərində qeyri-qanuni miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

 

Bu barədə "Sinhua" agentliyi xəbər yayıb.

 

"Bu gün təhlükəsizlik xidmətinin əməkdaşları Nabul sahillərində daha 8 meyit aşkarlayıblar. Nəticədə ölənlərin ümumi sayı 20 nəfərə çatıb", - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, qeyri-qanuni miqrantların olduğu qayıq martın 18-i qəzaya uğrayıb. Qayığda olan qeyri-qanunlar miqrantlar Suriya vətəndaşları olub.

 

Hazırda insanların axtarışları davam etdirilir.

 

Trend

Tarix: 20 Mart 2022, 08:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin