BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya Putindən sonra Qərbin təsir dairəsinə düşəcək”

“Rusiyanın ambisiyaları niyə xülyadır? Hegemonluğa iddialı olmaq üçün 3 resursa malik olmaq lazımdır: İnsanlar, ideologiya və texnologiyalar. Rusiya bunların heç birinə malik deyil. İnsan sayı, xüsusilə gənclərin sayı azalır. Nəinki dünyanı, heç öz əhalisini uzunmüddətli perspektivdə birləşdirməyə malik olan ideologiyası yoxdur. Təbii ehtiyatlarla zəngin olsa da, özünü dolandıra bilən iqtisadiyyata malik olan texnologiyalara malik deyil. Müasir dünyada bütün bunlara yüksək səviyyədə ancaq Qərb və Çin malikdir. Hegemonluq uğrunda mübarizə də yalnız onların arasında gedi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

 

Ə.Həsənov qeyd edib ki, Rusiya heç İslam aləmi və ya Hindistan qədər də bu resurslara malik deyil: “Buna görə də nəticədə etdikləri yalnız Çinin xeyrinədir. Halbuki, Rusiya əhalisi mədəni və mental baxımdan Qərbə daha yaxındır. Məhz buna görə də Çin mövcud vəziyyətə sevinərək mənfəət əldə etsə də, Rusiyaya kömək etmir. Çünki başa düşür: baş verənlər bir epizoddur, nəticədə Putindən sonrakı Rusiya yenə də Qərbin təsir dairəsinə düşəcək. Özü də bu dəfə tam şəkildə!”

 

Leyla

Tarix: 20 Mart 2022, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin