BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ermənilər yalvararaq sülh müqaviləsinə imza atmalıdırlar, unutmasınlar ki, “dəmir yumruq” yerindədir”

“Ermənilər riyakarlıq nümayiş etdirərək Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş konfransın keçirilməsinə süni maneələr yaratmağa çalışırdı. Ermənistanın bu tədbirin keçirilməsinə etiraz etməyə haqqı yoxdur. Şuşa Azərbaycanın tarixi torpağıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində elə BMT-nin də 4 qətnaməsini icra edərək tarixi torpaqlarını işğaldan azad edib: “Tarixi qələbəmiz əbədidir. Bunları öz gücümüz hesabına etmişik. Konfransla bağlı BMT-nin Ermənistandakı nümayəndəsinin XİN-ə çağırılması və ona etiraz bildirilməsi riyakarlıqdır. Bu da onu göstərir ki, Ermənistan müharibədəki məğlubiyyətindən düzgün nəticə çıxara bilməyib. Unutmasınlar ki, “dəmir yumruq” yerindədir. Görünür, ermənilər sülhə hazır deyil, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Ərazi bütövlüyümüzü təmin etmişik, yaxşı olar ki, ermənilər müharibədəki məğlubiyyətdən nəticə çıxarsınlar. Onlar yalvararaq sülh müqaviləsinə imza atmalıdırlar. Ermənistandan Azərbaycana hər hansı təhdid və ya təhlükə olarsa, “dəmir yumruq” onların başını əzəcək. Şuşada Azərbaycanla yanaşı, BMT-nin də bayrağının dalğalanması diplomatik qələbəmizdir. Bu, Şuşanın və digər ərazilərin beynəlxalq səviyyədə Azərbaycanın tarixi torpaqları kimi tanınmasının bariz nümunəsidir”.

 

Kənan Mirzəyev

Tarix: 20 Mart 2022, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin