BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarovadan Cem Özdemirə cavab: “Almanlardan “az nəfəs almağı” istəsin”

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın kənd təsərrüfatı naziri Cem Özdemirə cavab verib.

 

Pravda.az-ın məlumatına görə, Zaxarova bildirib ki, “Rusiya ilə döyüşmək üçün daha az ət yeməyə” çağıran Cem Özdemir almanlardan da “az nəfəs almağı” istəsin: "Bu, onların ətraf mühitin qorunmasına töhfəsi olardı.

 

Qeyd: C.Özdəmir müsahibəsində Rusiyanın ərzaq ehtiyatlarından silah kimi istifadə edib-etməməsi ilə bağlı suala “hə” cavabını verib: "Daha az ət yemək Putinlə mübarizəyə töhfə olardı".

 

Bundan əvvəl Beynəlxalq Enerji Agentliyi (IEA) Avropanın Rusiya qazından asılılığını azaltmağa kömək etmək üçün avropalılara evlərini daha az qızdırmağı tövsiyə etmişdi.

 

Leyla

Tarix: 20 Mart 2022, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin