BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağa qayıtmışıq, orada bayram adət-ənənələri bərpa olunub” - RƏY

“Uzun illər həsrətində qaldığımız bir çox məsələlər həllini tapdıqca insanın dövlətinə, Prezidentinə inamı, sevgisi günü-gündən artır. Çünki biz dövlət olaraq ağrılı proseslərdən keçmişik, torpaqlarımız işğal edilib. Amma indi Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında güclənib, dünyada xüsusi yeri və çəkisi olan ölkə statusu qazanıb. Vətən müharibəsindəki zəfərimiz Ali Baş Komandanın qətiyyətinin, diplomatik məharətinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, xalqımızın birləşməsinin nəticəsidir. Bu birlik bizi müzəffər xalq kimi tanıtdı. İki ildən artıqdır ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Novruz bayramını işğaldan azad edilən ərazilərdə keçirir. Novruz tonqalı ötən il Şuşada, bu il isə Suqovuşanda alovlandırıldı, daha sonra dövlət başçısı xalqı təbrik etdi. Bu təbrik çox böyük məna kəsb edirdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputat Vüqar İskəndərov deyib.

V.İskəndərov qeyd edib ki, Azərbaycan xalqı Qarabağa qayıdıb, orada bayram adət-ənənələri bərpa olunub: “Arzumuza çatmışıq. Qarabağın tam bərpası üçün həyata keçirilən işlər bizim gücümüzü göstərir. Biz bundan qürur hissi keçiririk. Xalqımızın birliyi onu deməyə əsas verir ki, bundan sonra da qələbələr, nailiyyətlər əldə edəcəyik. Bunun üçün potensialımız var, güclü olduğumuzu dünyaya göstərmişik”.

 

Kənan Mirzəyev

Tarix: 21 Mart 2022, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin