BURADA REKLAMINIZ OLA
BİLƏR

"Baydenin məktubundan aydın olur ki, Amerika Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləyir” - RƏY

“ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunun məzmunundan bir daha aydın olur ki, Amerika Azərbaycana böyük dəyər verir, ölkəmizin həyata keçirdiyi siyasəti dəstəkləyir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, ABŞ Azərbaycanın sülh, əməkdaşlıq və təhlükəsizlik məsələlərinə verdiyi töhfələri yüksək dəyərləndirir: “Qeyd olunan məsələlərdə Amerika ilə Azərbaycanın mövqeyi üst-üstə düşür. Bu, Azərbaycanın həyata keçirdiyi siyasətə ABŞ-ın verdiyi qiymətdir. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması Amerikanın da marağındadır. Bu, digər ölkələr kimi, ABŞ-ın da müharibənin nəticələrini, bölgədə yaranan geosiyasi reallığı qəbul etdiyini göstərir”.

 

Qeyd: Martın 20-də ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır. Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik. Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm”.

 

Kənan Mirzəyev

Tarix: 21 Mart 2022, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin