BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin Tərtərin Suqovuşan qəsəbəsinə səfəri onu göstərir ki...” - RƏY

“Prezident İlham Əliyevin Tərtərin Suqovuşan qəsəbəsinə səfəri onu göstərir ki, yaxın gələcəkdə  turistlərin ən çox üz tutduğu yerlərdən biri də bura olacaq. Suqovuşana təkcə yerli yox, böyük sayda əcnəbi turistlərin də gəlmə ehtimalları çox yüksəkdir. Çünki dövlət başçımızın tapşırığıyla çəkilən Talış-Tapqaraqoyunlu-Qaşaltı yolu Suqovuşanı Naftalanla birləşdirəcək. Bu isə o deməkdir ki, Naftalan kurortlarında dincələnlər üçün uzağı yarım saata Suqovuşana gəlmək imkanı yaranır. Və regionda sağlıqla istirahət turizmi bir araya gətirildiyindən hər ikisinin cəlbediciliyi yüksələcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev bildirib.

S.Alıyev qeyd edib ki, Suqovuşan turizm kompleksinin varlığı Naftalana gələnlərin sayını daha da artıracaq: “Bir sözlə, Tərtər rayonu da ölkənin turizm mərkəzlərindən birinə çevrilə bilər. Ən azından dövlətimiz bunun üçün nə gərəkirsə edir. İnanmaq istərdim ki, xidmət sektorunda çalışanlarımız da bu fürsəti düzgün dəyərləndirəcəklər. Yüksək xidmət mədəniyyətinin, ədalətli qiymət siyasətinin və dürüst davranışın turistlər üçün gözəl təbiət, çağdaş infrastrukturdan heç də az əhəmiyyət daşımadığını unutmayacaqlar”.

 

Leyla

Tarix: 21 Mart 2022, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin