BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya ABŞ-a nota verdi

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.


Pravda.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.


Görüşdə səfirə Ağ Ev rəhbəri Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə qarşı son zamanlar səsləndirdiyi qəbuledilməz bəyanatları ilə əlaqədar etiraz notası təqdim edilib.


Nazirlik, belə yüksək rütbəli dövlət xadiminə yaraşmayan bu cür bəyanatların Rusiya-Amerika münasibətlərinin pozulmasına səbəb ola biləcəyini vurğulayıb.


Qeyd: Bir müddət əvvəl Bayden Putini "hərbi cinayətkar" adlandırmışdı.


Leyla 

Tarix: 21 Mart 2022, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin