“Şixəli Qurbanovun milli ruhlu ziyalı olduğu danılmazdır, Allah rəhmət eləsin. Amma Novruzun Azərbaycana qaytarılmasında xidməti həddən artıq şişirdilib. Belə ki, bu prosesin SSRİ miqyasında öz tarixi var”.
Bu sözləri tarixçi alim, professor Solmaz Rüstəmova-Tohidi Novruz bayramının Azərbaycanda ilk dəfə dövlət səviyyəsində qeyd olunması ilə bağlı müzakirə zamanı bildirib.
Alimin sözlərinə görə, Rusiya alim və ziyalıları artıq 50-ci illərin ortalarından Mərkəzi partiya orqanlarına müraciətlər edib, Maslenitsa bayramının dinlə əlaqəsi olmadığı, xalq bayramı kimi keçirildiyini əsaslandıraraq, ona icazə alırlar.
“1961-ci ildə Sovet İttifaqının rəhbəri Nikita Xruşov Hindistana səfər edir, Cəvahirlər Neru ilə görüşündə birdən Neru soruşur ki, “sizin müsəlman respublikalarınız Novruz bayramını qeyd edirmi?”. Xruşovun Novruzdan xəbəri yox, bilmir nə desin, Sovet nümayəndə heyətinin üzvü Özbəkistan KP birinci katibi Rəşidovu qabağa verirlər, o da Novruzdan bilgilərini göstərir, bir təhər işin içindən çıxırlar. Vətənə döndükdən sonra Rəşidov MK-yə müraciət edərək bu hadisəni xatırladır və milli bayram olan Novruzun Özbəkistanda rəsmi qeyd olunmasına icazə alır. 1962 ya 1963-cü ildən Özbəkistan, daha sonra Tacikistanda Novruz Bahar bayramı kimi, bütün ənənələri ilə qeyd olunur. Bizimkilər bu prosesə bir qədər gec qoşulurlar, amma axır ki, qoşulurlar!”.
Solmaz Rüstəmova-Tohidi deyir ki, o zaman Azərbaycan KP MK-nın 1-ci katibi Vəli Axundov da "icazəsini" alandan sonra 1967-ci ildə Azərbaycanda Novruzun - Baharın gəlişininin rəsmi qeyd olunması haqda sərəncam imzalayır.
“Müvafiq sənəd var və bu iş o zaman Az.KP MK-da İdeologiya şöbəsinin rəhbəri Şıxəli Qurbanova tapşırılır. Qalanı məlum. Özü yazıçı, tanınmış ziyalı olan Şixəli Qurbanovun rəhbərlik edən şəxs kimi bütün təşkilatçılarla sıx ünsiyyətdə olması və bu bayramın geniş miqyasda, böyük təntənə ilə keçirilməsi tədbiri birbaşa onun adı ilə bağlayır və məşhurlaşdırır. Təbii ki, haqqı var idi, milli ruhdan irəli gələn bir şövq və səmimiyyətlə görmüşdü bu işi. Amma unutmayaq ki, ölkə başçısı Vəli Axundovun razılığı və sərəncamı olmasaydı heç nə edə bilməzdi. Odur ki, son dərəcə təvəzökar bir insan olmuş digər böyük ziyalımız, Azərbaycana 10 il rəhbərlik etmiş və öz "imicinə" demək olar ki, heç "işləməmiş" Vəli Axundovun adını da, ən azı insaf xatirinə, bu əziz bayramı bizlərə daha da əziz edən insanların sırasında layiqincə yad edək”, - deyə Solmaz Rüstəmova-Tohidi vurğulayıb.
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin