BURADA REKLAMINIZ OLA
BİLƏR

Mcdonald’s restoranlar şəbəkəsi kotletlərini də götürüb Amerikaya getməlidirlər – Partiya sədrindən ÇAĞIRIŞ

“Bakıda “Mcdonald’s”ın qarşısında növbələr görəndə, inciyirəm, küsürəm. Vətən müharibəsində “Mcdonald’s”a çağırış etdik, əməl etmədilər. Bunlar batmalıdırlar... Kotletlərini də götürüb Amerikaya getməlidirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.

T.Abbaslı xatırladıb ki, Vətən müharibəsində restoranlar şəbəkəsinin sosial media hesabında “Qarabağ Azərbaycandır!” şüarı yazılıb, amma ermənilər sildirib: “Amerikalı kotlet satanlar bizə dedilər ki, siyasətə qarışmırlar, kotlet satırlar. Bir kotlet bir kiloqram ətin qiymətinə satılır. Ukraynaya hücuma görə Rusiyadakı 850 restoranı bağlayıblar. Rusiyanın Ukraynaya hücumu siyasi deyil? Biz öz torpağımızı işğaldan azad edirdik, Mcdonald’s deyirdi, qarışmırıq. Bəs indi niyə reaksiya verirsən? Bu, onların bir daha ikiüzlülüklərini göstərir”.

 

Leyla

Tarix: 22 Mart 2022, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin