BURADA REKLAMINIZ OLA
BİLƏR

Kremldən Zelenskinin Rusiya ilə kompromislərə dair mümkün referendum ideyasına MÜNASİBƏT

“Kreml prosesə zərər verməmək üçün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların təfərrüatlarını açıqlamır”.


Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə kompromislərə dair mümkün referendum ideyasına da münasibət bildirib: "Ukrayna suveren dövlətdir, daxili prosedurları var və olmalıdır.Amma bununla yanaşı, iki nümayəndə heyəti arasında danışıqlar mərhələsində olan maddə də var. Bu maddələrin təfərrüatları ilə bağlı məlumatım yoxdur. Lakin əminik ki, hazırda onların ictimaiyyətə açıqlanması yalnız danışıqlar prosesinə zərər verə bilər".

Peskov bildirib ki, Rusiyanın Ukrayna ilə danışıqlarda mövqeyi şifahi və yazılı formadadır: "Onlar Ukrayna tərəfinə yaxşı məlumdur. Bir neçə gün əvvəl bütün zəruri sənədlərin layihələri ukraynalılara təhvil verilib. Lakin bu sənədlər mətbuatda dərc olunmayacaq".

Leyla

Tarix: 22 Mart 2022, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin