BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşada Rəsulzadə küçəsinin adı dəyişdirilib?

Bu gün sosial mediada Şuşanın mərkəzi küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat yayılıb.

 

Yayılan məlumatlarda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə adına küçənin adı dəyişdirilib və oraya Mustafa Kamal Atatürkün adı verilib.

 

Şuşa Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Zaur Həsənov Musavat.com-a bildirdi ki, yayılan məlumat həqiqəti əks etdirmir: “Şuşada hər iki şəxsin adına küçə var. Heç bir dəyişiklik yoxdur”.

 

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə küçəsi Bazarbaşı meydanından başlayır və Yuxarı Gövhər Ağa məscidinin qarşısındakı Meydana qədər uzanır. Həm qədim, həm də müasir Şuşanın mərkəzi küçəsi hesab olunur

Tarix: 22 Mart 2022, 21:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin