BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı tapşırıq və planlara uyğun olaraq davam edir” - Peskov

“Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı əvvəlcədən qarşıya qoyulmuş tapşırıq və planlara uyğun olaraq davam edir”.

 

Pravda.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində bildirib.

 

“Heç kim Ukraynadakı xüsusi əməliyyatın bu qədər davam edəcəyini düşünmürdü. Bəzi ukraynalılar Rusiya hərbçiləri ilə əməkdaşlıq edir. Hərbçilərimizlə işləyən ukraynalılar itki vermək istəməyənlərdir. Rusiya hərbçilərinin mülki şəxslərə zərər vurması isə qadağandır” – o qeyd edib.

 

Peskov həmçinin bildirib ki, Rusiya hərbçilərinin Mariupoldakı hərəkətlərinin əsas məqsədi şəhəri millətçilərdən təmizləməkdir.

 

Nadir

Tarix: 23 Mart 2022, 00:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin