BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zelenski ukraynalıların tamamilə məhv edilməsinin təhlükəsi haqqında fərziyyələr irəli sürür” - Zaxarova

“Ukrayna prezidenti Vladimir Zelenskinin Holokost ilə Ukraynadakı hazırkı hadisələr arasında süni paralellik aparmaq cəhdi iyrənc manipulyasiyadır”.

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

“Vladimir Zelenski martın 20-də İsrail Knessetinin (parlamentinin) deputatları qarşısında videoformatda çıxışı zamanı Holokost ilə Ukraynada baş verən hadisələr arasında süni paralellik apararaq, İkinci Dünya Müharibəsi illərində yəhudi xalqının faciəsi üzərindən oynamağa çalışıb. O, hər bir yəhudi üçün faciə olan hadisəni, iyrənc manipulyasiyaların obyektinə çevirdi. Zelenski ukraynalılar və yəhudilərin hekayələrini bir-birinə bənzətməklə, "ukraynalıların tamamilə məhv edilməsi"nin təhlükəsi haqqında fərziyyələr irəli sürdü” – Zaxarova qeyd edib.

 

Nadir

Tarix: 23 Mart 2022, 00:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin