BURADA REKLAMINIZ OLA
BİLƏR

“ABŞ 44 günlük müharibədə Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir” – RƏY

“Son günlər dünya siyasətinin aparıcı liderləri sıx şəkildə Azərbaycan Prezidenti ilə telefon əlaqələri qurur, məktublar göndərir, məsləhətləşmələr aparırlar. Bu da dövlətimizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqe, Ölkə başçımızın şəxsi nüfuzu ilə bağlıdır. Təsadüfi deyil ki, ABŞ Prezidenti Co Baydenin, Prezident İlham Əliyevə ünvanladığı məktubda dövlətlərarası münasibətlərin müxtəlif aspektlərinə toxunulub və Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdikləri qeyd edilib. ABŞ-ın Dövlət başçısı Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri xüsusi vurğulayıb. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, məktubda göstərilən fikirlərə əsasən, 44 günlük müharibədə Azərbaycanın yaratdığı yeni reallıqlar ABŞ tərəfindən qəbul edilir: “Azərbaycanın Ermənistanla sülh müqaviləsinin bağlanması istiqamətindəki səyləri dəstəklənir. Dünyanın siyasi gündəmi Rusiya-Ukrayna, Rusiya-Qərb münaqişəsi ilə zəbt olunub. Azərbaycan isə bütün münaqişə tərəfləri ilə yaxşı münasibətdə olan tək-tük dövlətlərdəndir. Eyni zamanda ədalətin yanında yer alan, barışdırıcı mövqedən çıxış edən, ehtiyacı olana maddi, mənəvi dəstək verən ölkədir. Yeni dünya nizamı formalaşmaqdadır. Hər bir dövlətin qarşısında duran əsas vəzifə yeni siyasi arxitekturada layiq olduğu yeri tutmaq, müstəqilliyini, milli təhlükəsizliyini qoruyub saxlamaqdır. Dünyada və regionda gedən proseslər, onu göstərir ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Müharibələrin, qütbləşmələrin, qarşılıqlı sanksiyaların yaratdığı çətinliklər fonunda soyuqqanlı, zərgər dəqiqliyi ilə ölçülü-biçili siyasət həyata keçirilməlidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət isə, bütün sahələrdə inkişafımızı təmin etməklə bəhrəsini verir”.

 

Nəzrin Cavid

Tarix: 23 Mart 2022, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin