BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Ukraynada sıradan çıxardığı texnikanın sayını açıqladı

Rusiyanın Ka-52 və Mi-28N helikopterləri ötən gecə Ukraynaya məxsus 8 tank, 5 zirehli texnika və digər hərbi texnikasını vurub.

 

Pravda.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

 

Ka-52 və Mi-28n helikopterlərindən ibarət qrupu gecə zərbələri zamanı 8 tank, 5 piyada döyüş maşını və zirehli transportyor, 7 səhra artilleriya silahı və minaatanları sıradan çıxarıb.

 

Ümumilikdə isə ötən gecə Ukraynanın 97 hərbi obyekti məhv edilib.

 

Leyla

Tarix: 23 Mart 2022, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin