BURADA REKLAMINIZ OLA
BİLƏR

Yağıntılı hava şəraiti davam edəcək, yollar buz bağlayacaq

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək.

 

Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimal olunur.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

 

Şimal-qərb küləyi martın 25-dən 26-dək arabir 15-20 m/s-dək güclənəcək.

 

Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

 

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Tarix: 23 Mart 2022, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin