BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Xankəndinin qazsız qalmasında Qarabağdakı separatçılar günahkardırlar”

“Ermənistan Xankəndidə nasazlıq yaranan qaz xətti ilə bağlı məsələdən Azərbaycan əleyhinə istifadə etməyə çalışır. Əslində, bu, sadə qəzadır. Ermənistan isə hadisəni Azərbaycanın məqsədli addımı kimi təqdim etmək istəyir. Əgər Ermənistan Azərbaycan ərazisi olan Xankəndidə normal yaşayışını təmin etmək istəyirsə, Azərbaycanın qanun-qaydalarına əməl etməlidir. Azərbaycan kiminsə əleyhinə qaz amilindən istifadə etmir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat qeyd edib ki, Ermənistanın iddiaları kökündən yanlışdır: “Bu məsələdə hansısa amil axtarmaq lazım deyil. Azərbaycanın siyasətində belə vəziyyətdə sui-istifadəyə əl atmaq yoxdur. Ermənistan, sadəcə olaraq, həmin məsələni düşünülmüş şəkildə böyüdür. Onlar bu kimi təxribatlara son qoymalıdırlar. Azərbaycan beynəlxalq hüquqa əməl edir, Ermənistan isə davamlı olaraq atəşkəsi pozur, təxribatlar törədir. Xankəndinin qazsız qalmasında isə Qarabağdakı separatçılar günahkardırlar. Onlar Azərbaycanın idarəçiliyini qəbul edərək bütün imkanlarımızdan bəhrələnə bilərlər. Ermənilər təxribatlar törətdikcə, Azərbaycan əleyhinə addımlar atdıqca çətinlikləri davamlı şəkildə yaşayacaqlar. Çətinliklərdən yeganə çıxış yolu azərbaycanlılarla birgə yaşayışı qəbul etmək, Azərbaycanın müəyyənləşdirdiyi norma və qaydalara əməl etməkdir. Bu, ən qısa və ən asan çıxış yoludur”.

 

Nəzrin Cavid

Tarix: 23 Mart 2022, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin