BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Müdafiə Nazirliyi Laçında itkin düşən hərbi qulluqçularla bağlı məlumat yaydı

Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

 

Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

 

APA

Tarix: 23 Mart 2022, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin