BURADA REKLAMINIZ OLA
BİLƏR

“İcra başçısının göstərişi ilə qar yağıb” deyən vəzifəli şəxsdən açıqlama: "Xalqa xidmət edirik" - VİDEO

“Videonun müəyyən hissəsi kəsildiyi üçün anlaşılmaz alınıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Cəlilabad rayon İcra Hakimiyyətinin Boyxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlövsət Həsənov sosial şəbəkələrdə müzakirələrə səbəb olan açıqlaması ilə bağlı danışarkən deyib.

 

O bildirib ki, dağın başında, qarın içində işləyə-işləyə açıqlama verib: “Əlbəttə ki, yanlışlıq olub. Bunu qərəzli şəxslər yayıb. Biz xalqa xidmət edirik”.

 

Qeyd: Ə.Həsənov müsahibə zamanı fikrini düzgün ifadə edə bilməyib, “İcra başçısının göstərişi ilə qar yağıb” ifadəsini işlədib. Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Yayılan videonu və Ə.Həsənovun bizə göndərdiyi videonu təqdim edirik.

 

Nəzrin Cavid

 

 

Tarix: 23 Mart 2022, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin