BURADA REKLAMINIZ OLA
BİLƏR

Belarus 72 saat vaxt verdi

Belarus ölkədə ukraynalı diplomatların sayını 5-ə endirəcək.

 

Pravda.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus xarici işlər nazirliyinin sözçüsü Anatoli Qlaz bildirib.

 

“Bu addım Ukraynanın xarici nümayəndəliklərinin bir sıra əməkdaşlarının qeyri-diplomatik fəaliyyətlərini dayandırmağa yönəlib. Onlardan 72 saat ərzində ölkəmizi tərk etmələri tələb olunub”, - deyə Qlaz qeyd edib.

 

O, Ukraynanın “1+4” formatına uyğun diplomatik tərkibdə, yəni səfir və daha dörd diplomatın Vyana Konvensiyasının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq Belarusda öz işlərini təhlükəsiz şəkildə davam etdirə biləcəyini vurğulayıb.

 

Leyla

Tarix: 23 Mart 2022, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin