“Post-sovet məkanında açıq və gizli şəkildə post-putin dövrünə hazırlıqlar gedir. Bu o demək deyil ki, Putin sabah artıq hakimiyyətdə olmayacaq, söhbət heç Kremlin Ukraynada hərbi qələbə qazanıb-qazanmayacağından da getmir, hamıya aydındır ki, Rusiyanın boğazı ələ keçib, özü-özünü dalana, bataqlığa salıb və bu məsələ Putinin hakimiyyətdən getməsi ilə sona çata bilər, başqa ssenarilər, hələ ki, masada görünmür”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, Türkmənistanda belə, yeni dövrə hazırlıqlar tez bir zamanda baş verib: “Orada da hakimiyyət atadan oğula ötürüldü, amma niyə indi?! Nədən belə tez qərar verilib həyata keçirildi?! Məncə, iki əsas səbəb var idi: Ata Türkmənbaşı Rusiyaya, dünyaya mesaj verdi ki, məni narahat etməyin, bizdə hakimiyyətin tranziti baş verir, başımız özümüzə qarışıb, ata Türkmənbaşı bala Türkmənbaşını hakimiyyətə gətirərək əslində ikili qərarvermə mexanizmi yaratdı, yəni, sabah xarici təzyiqlər artdıqca üzdə olsa da, qərarın təkadam tərəfindən verilmədiyini bəhanə edib zamana oynamaq, təzyiqləri zamana yaymaq olar. Son günlər Qazaxstanda da çox maraqlı hadisələr baş verir, bir neçə gün əvvəl Tokayev geniş, proqram xarakterli çıxış etdi. Təqdimatın özü belə maraqlı idi - Tokayev Parlament qarşısında çıxış edərkən ölkədə fəaliyyət göstərən ən vacib 60-dan çox ölkənin səfirlərini Qazaxıstan XİN-nə topladılar, onlara sinxron tərcümə ilə çıxışı təqdim etdilər, sonradan bir neçə dildə əsas tezisləri onlara payladılar. Tokayev anlayır ki, Rusiyanın köməyi və dəstəyi ilə Nazarbayev klanını zəiflədilməsinə görə Moskva daim ona yeni “hesablar” təqdim edərək, yeni “ödənişlər” istəyəcək, qərarverən tək özü olsa Moskvanın təzyiqlərinə davam gətirmək çətin olacaq. Tokayevin təqdim etdiyi plan, tam səmimi deyirəm, bizim 3-4 ildir daim dilə gətirdiyimiz Konstitutsiya dəyişikliyi ilə az qala 90% üst-üstə düşür: Prezidentin səlahiyyətləri Dövlət başçısı səviyyəsinə endirilir, hökumət parlamentdən çıxır, parlament proporsional seçki ilə formalaşır, ölkəni inzibati ərazi bölgüsü qarışıq etnik tərkibli olması, separatizmi önləmək üçün yenilənir, yeni inzibati ərazi bölgüsünə görə yerli özünüidarə institutları gücləndirilir, birbaşa mer seçkiləri təyin edilir, hər vilayətin öz kiçik hökuməti formalaşdırılır, sivil toplum institutlaşır, məhkəmə hakimiyyətinin icra hakimiyyətindən asılılığı azaldılır. Bu addımları, yeni Ana Yasanı illərdir təşviq edirik. Tokayevin etdiyi də məhz budur, yanvarda xalqdan da mesajını aldı, Putinin etmək istədiklərini, Qazaxstanın da ərazi bütövlüyünün təhlükəyə düşdüyünü görür, ona görə də çoxşaxəli, çoxpilləli, qəliz, amma effektiv idarəetmə sisteminə keçməyi düşünür. Yəni, xarici təzyiqləri amortizasiya etmək üçün güclü institutlar yaradılır. Dünyada post-putin dönəminin müxtəlif ssenariləri müzakirələrə açılarkən, yanı-başımızda ölkələr öz dövlət maraqlarını önə çəkərək addımlar atarkən bizim əlimizi-qolumuzu sallayıb duruma görə davranmaq istəyimiz doğru deyil. Xarici siyasətin uğurlu olduğunu qeyd etmişəm, istənilən şəxsə də bunu sübut edə bilərəm - xarici siyasətin uğurlu olmasının səbəblərindən ən başlıcası odur ki, Dövlət bu sahədə de-facto və de-jure müttəfiqləri ilə məsləhətləşərək qərarlar alır. Daxili siyasətin bərbad olmasının isə əsl səbəbi odur ki, daxili məsələlərlə bağlı qərarvermə mexanizmində məsləhətləşmə, hakimiyyətin qollarının və güclərinin balansı yoxdur, indi mütləq qəliz, amma effektiv, çoxpilləli qərarvermə sistemi yaratmalıyıq ki, həm xarici təzyiqlərin, həm də daxili problem və çağırışların öhdəsindən gələ bilək...”
Leyla
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin