BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyanın qazı rublla satması nəyi dəyişəcək?

Ekspert Əkrəm Həsənov Rusiyanın başqa ölkələrə qazı rublla satmasına münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, Ə.Həsənov qeyd edib ki, bu, müsbət dəyişikliyə səbəb olmayacaq.

 

“Rusiya qazı rublla satacaq. Nə dəyişir? Heç nə? Müqayisə üçün, əcnəbi Azərbaycanda dönər almaq istəyir. Əlində dollar var. Dönərçi dolları qəbul etmir ki (əslində, qəbul etmək istərdi, amma dövlətdən qorxur), manat ver. Əcnəbi nə edir? Bankda dolları manata dəyişir. Qazanan kim olur? Bank! Rusiyada da qazanan hansısa bank olacaq. Vəssalam!” – ekspert deyib.

 

Leyla

Tarix: 24 Mart 2022, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin